Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb
Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb
İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur
Speedtest servisinin yaradıcısı olan Ookla şirkəti Starlink peyk
interneti ilə bağlı maraqlı statistikanı təqdim edib. Statistikaya
əsasən Starlinkin internetə qoşulma sürəti ilə şəbəkə
keyfiyyəti artıq ardıcıl üçüncü rübdür ki, aşağı düşürlər.
Məlumata əsasən bu ilin üçüncü rübündə Starlinkin ortalama
sürəti saniyədə
53 Mbit təşkil edib. Halbuki, bu ilin ikinci rübündə sözügedən
göstərici saniyədə 62.5 Mbit təşkil edirdi.
Kanadada vəziyyət bir qədər yaxşıdır. Belə ki, bu ilin
üçüncü rübündə Starlinkin Kanadada ortalama sürəti saniyədə
65.8 Mbit təşkil edib. İkinci rübdə isə bu göstərici saniyədə 75.7
Mbit idi. ABŞ-dakı bəzi istifadəçilər hətta sürətin saniyədə 5
Mbit-ə kimi düşməsini də müşahidə ediblər. Bununla yanaşı
ABŞ-da Starlinkin siqnal gecikməsi göstəricisi 67 millisaniyəyə,
Kanadada isə 77 millisaniyəyə yüksəlib. Ookla şirkətinin
mütəxəssisləri qeyd ediblər ki, Starlinkin bütün dünya üzrə
istifadəçi kütləsi bu ilin ikinci rübündə 400 000 nəfərə çatıb.
Görünür, bu öz növbəsində internet şəbəkəsi sürətinin aşağı
düşməsinə səbəb olub. İnternet şəbəkəsinə olan yüklənmə
problemini aradan qaldırmaq üçün SpaceX aylıq 1 TB trafik
limitin keçilməsi halında internet sürətində məhdudiyyətlər
tətbiq etməyə başlayıb.
- Etnytp
- Hits: 156