Yeni kosmik raket sayəsində Marsa 45 günə çatmaq mümkün olacaq
Amerika Kosmik Agentliyinin mütəxəssisləri gələcəkdə reallaşdırılması üçün bir neçə yeni kosmik layihə seçiblər. Amerika tədqiqatçılarının ən maraqlı təşəbbüsləri arasından seçilən bir layihədə kosmik raketdə nüvə mühərrikinin yeni növünün istifadə edilməsi təklif olunur. Bildirilir ki, bu mühərriklə Marsa ay yarım ərzində çatmaq mümkün olacaq.
Raket üçün nüvə mühərrikindən istifadənin yeni konseptini Florida (ABŞ) ştatının universitetindən olan tədqiqatçı Rayan Qosse təklif edib. Lakin bu ideya yeni deyil. Belə ki, hələ 20 əsrdə ABŞ-da alimlər kosmik raketlər üçün nüvə istilik mühərrikinin və nüvə elektrik mühərrikinin yaradılması ilə məşğul olurdular. Lakin bu layihələr sonradan inkişaf etdirilmədi. R. Qosse nüvə mühərrikinin istilik və elektrikdən ibarət iki növünü birləşdirməyi təklif edib. Alim hesab edir ki, bu mühərrik Qırmızı planetə 45 gün ərzində çatmağa imkan verəcək.
Tədqiqatçının sözlərinə görə, bir konstruksiyada eyni anda birdən çox mühərrik növünün istifadəsi ilə insanlar Marsla yanaşı, Günəş sisteminin daha uzaq planetlərinə də səyahət edə biləcəklər.
https://naked-science.ru/community/541387