Dünyanın ilk ikili rotor kanallı dronu təqdim edilmişdir.
Dünyanın ilk ikili rotor (bi-rotor) kanallı dronu olan Dronut X1, təkan güc texnologiyası ilə işləyir. “Cleo Robotics” şirkətinin patentləşdirdiyi Dronut X1-in açıq pərvanələrinin olmaması və havada hərəkət etmək üçün itələmə vektorlarından istifadəsi onu adi drondan daha çox robota bənzədir.
Robot dron bir sıra xüsusiyyətlərə malikdir: 4K kamera (tam diafraqma görüntü), 3D LiDAR (lazer şüaları vasitəsilə əşyaların ölçü aləti arasındakı məsafəni ölçməyə yarayan texnologiya) və qaranlıqda istifadə üçün LED (işıq yayan elektronik cihaz) işıqlar və s. daxildir. Dronut X1 Android əməliyyat sistemi telefonlarla və ya sadə joystik idarəetmələri ilə həssas avadanlıqların ətrafında və GPS-in mövcud olduğu, ənənəvi dronların hərəkət edə bilməyəcəyi ərazilərdə istifadə üçün tam idealdır.
Həmçinin,Dronut X1- in manevr bacarıqları da mövcuddur. Görünüşünə baxdıqda dronun qanadlarının olmamasını görə bilərik. ABŞ-ın “Cleo Robotics” şirkəti robot dronun təqribi satış qiymətinin 9800 dollar olduğunu bildirib.