Tesla Optimus adlı robotunun yeni versiyasını sərgiləyib.
Optimus Gen 2 adını əldə etmiş yeni robota baxan zaman ilk öncə onun birinci nəsil Optimus ilə müqayisədə daha səliqəli xarici görünüşü nəzərə çarpır. Bununla yanaşı Optimus Gen 2-nin çəkisi 10 kq daha azdır.
Təkmilləşdirilmiş konstruksiya hesabına robotun sürəti 30% artıb. Robotun bədən hərəkətləri də axıcı və səliqəli olub. Əllərdə və barmaqlarda olan təzyiq sensorları sayəsində robot ətrafındakı obyektlərlə daha diqqətli şəkildə davranır. Tesla mühəndisləri həmçinin robotun ayaqlarını da yeniləyiblər. Nəticədə Optimus Gen 2-nin ayaqları insan ayaqlarına bənzəyir. Yeni robotun boyun oynağı iki səviyyəli azadlığı əldə edib. Nəticədə robotun baş hissəsi daha rahat şəkildə hərəkət edir. Ümumilikdə isə robotun hərəkətləri əsl insanın hərəkətlərini xatırladır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.