Çində təxminən 580 min “5G” baza stansiyası qurulub
Çinin Sənaye və İnformatika Nazirliyinin məlumatına görə, Çin 2020-ci ilin əvvəlindən təxminən 580 min “5G” baza stansiyası qurub.
ria.ru saytı xəbər verir ki, hazırda bir çox şəhərlər “5G” şəbəkəsi ilə əhatə edilib. Nazirliyin rəsmi nümayəndəsi Ven Kunun sözlərinə görə, bu ilin əvvəlindən Çin “5G” şəbəkələrinin əhatə dairəsini genişləndirərək onların inkişafını sürətləndirib.
Cari ilin ilk yarısında ölkədə “5G” dəstəkli mobil telefonların tədarükü 144 milyona yaxınlaşıb və 199 belə yeni mobil telefon modeli bazara təqdim edilib.
V.Ku Sənaye və İnformasiya Nazirliyinin “5G” texnologiyasının emaledici sənaye, enerji və nəqliyyat kimi sahələrdə istifadəsini təşviq edərək yüksək keyfiyyətli “5G” şəbəkələri və məlumatların işlənməsi mərkəzləri qurmağa davam edəcəyini söyləyib.