“SpaceX” göyərtəsində 143 peyk olan daşıyıcı raketi orbitə buraxıb
“SpaceX” şirkəti bazar günü Falcon-9 raket daşıyıcısının 143 raketlə buraxılışını həyata keçirib.
cnn.com saytı xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 19:00) Kanaveral burnundakı (Florida ştatı) kosmodromdan baş tutub.
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan başqa, həmin buraxılışa 10 Starlink internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.
200 kiloqramlıq peykin buraxılış qiyməti bir milyon dollar təşkil edir. Bundan yuxarı hər kiloqram üçün 5 min dollar ödəmək lazım gəlir.
“SpaceX” bu kimi raket buraxılışlarını dörd aydan bir həyata keçirməyi planlaşdırır.