Aİ süni intellektin tənzimlənməsi qaydalarını sərtləşdirəcək
Avropa İttifaqı (Aİ) süni intellekt texnologiyaları ilə əlaqəli ən pis ssenarinin qarşısını almaq niyyətindədir. Bununla yanaşı, bu texnologiyaların iqtisadi inkişafı üçün potensialını təkmilləşdirməyə davam edəcək.
securitylab.ru xəbər verir ki, qanun layihəsinə görə, Avropa Komissiyası müəyyən "yüksək təhlükəli" süni intellekt sistemlərinin istifadəsini tamamilə qadağan etmək niyyətindədir.
Qadağaya riayət etməyən ölkələr Aİ-yə üzv ola bilməyəcək, şirkətlər isə 20 mln. avro və ya gəlirin 4%-i məbləğində cərimə ödəməli olacaq.
Qanun layihəsinin son variantı bu ilin aprelin 21-də təqdim ediləcək.