Universitet-sənaye əməkdaşlığına dair onlayn sessiya keçirilib
Yüksək Texnologiyalar Parkının Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI)
ilə birgə icra etdiyi layihə çərçivəsində onlayn sessiya keçirilib. Sessiyada STEPI-nin
tədqiqatçıları və layihənin Azərbaycanlı ekspertləri İsa Qasımov, Bünyamin Seyidov və
Vüsal Süleymanlı iştirak ediblər. Yüksək Texnologiyalar Parkının İnkubasiya və
Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov “Azərbaycan
texnoparklarına fokuslanmış universitet-sənaye əməkdaşlığı” mövzusunda təqdimatla
çıxış edib. Təqdimatda universitet-sənaye əməkdaşlığının mahiyyəti, tarixi,
Azərbaycanda texnopark quruculuğu, tədqiqat və inkişaf faəliyyəti və ona ayrılan
vəsaitlər, Qlobal İnnovasiya İndeksi üzrə göstəricilər, o cümlədən innovasiyalar üzrə
digər performanslar barədə məlumatlar təqdim edilib.
Layihənin yerli eskperti Vüsal Süleymanlının təqdimatında “Azərbaycanla K-İnnovasiya
tərəfdaşlığı” mövzusunda təqdimatda isə Koreya ilə Azərbaycan arasında innovasiyalar
sahəsində əməkdaşlıq, həyata keçirilən işlər, həmçinin Mədəniyyət Nazirliyinin yeni
layihəsi olan “Kreativ təşəbbüskarlar üçün kreativ söhbətlər” layihəsi haqqında da
koreyalı iştirakçılara məlumat verilib.
Sonda təqdimatlar və ümumi mövzu üzrə müzakirələr keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.