YTP-nin əməkdaşı ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən keçirilən təlimlərdə iştirak edib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən “Müştəri məmnuniyyətinin idarə olunması”, “Konfliktli halların idarə edilməsi”, “Stres vəziyyətinin idarə olunması” və “Effektiv ünsiyyət bacarıqları” təlimləri keçirilib. Təlimdə Yüksək Texnologiyalar Parkının İnkubasiya və texnologiyaların transferi mərkəzinin aparıcı mütəxəssisi Leyli Zərbəliyeva da iştirak edib.
Təlim prosesində iştirakçılar 4 mövzu üzrə istiqamətləndiriliblər. Həmçinin hər bir təlim zamanı diskussiya, praktiki məşğələlər və rol oyunları təşkil olunub. Sonda Leyli Zərbəliyeva ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən sertifikata layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.