Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya mühəndisliyi fakultəsinin tələbələri və müəllim heyəti AMEA Yüksək Texnologiyalar Parkı ilə tanış olublar
Məlum olduğu kimi, ölkəmizdə elmə, təhsilə daim xüsusi diqqət göstərilir, bu sahələrin inkişafına, yüksəkixtisaslı kadrların yetişdirilməsinə böyük önəm verilir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda gənclərin elmə marağının artırılması qarşıya vacib vəzifə kimi qoyulmuşdur. Strategiyaya müvafiq olaraq, ölkəmizdə istedadlı şagirdlərin potensialının inkişaf etdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir. 2022-ci ilin noyabr ayının 14-ü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya mühəndisliyi fakultəsinin tələbələri və müəllim heyətinin AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) ekskursiyası təşkil edilib.
Ekskursiya əsas məqsəd tələbələrin elmə, biliyə, yüksək texnologiyalara, o cümlədən bu kimi layihələrə marağın artırılmasıdır. Ekskursiya zamanı YT Parkın ərazisinə baxış keçirilib, tələbələrə burada müasir tələblərə cavab verən iş şəraiti, yaradılmış maddi-texniki baza ilə yaxından tanış olublar. Məktəblilər, həmçinin YT Parkın ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş Strateji Elmi Analitik Mərkəzinin reallaşdırdığı layihələr, görülən işlərlə bağlı məlumatlandırılıblar.
Ekskursiyada tələbə və müəllim heyətinə texnoparkın rezidentilər fəaliyyəti və istehsal etdiyi texnoloji məhsullar haqqında ətraflı məlumatlar verilib. Bununla yanaşı, texnoparkda yaxın zamanda tikintisi planlaşdırılan yeni layihələr bərədə də məlumat verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.