Yüksək Texnologiyalar Parkının baş direktoru rezident müəssisələrin rəhbərləri ilə görüş keçirmişdir
Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Baş direktor Vasif Abbasov rezident müəssisə rəhbərlərinə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanından irəli gələn “Yüksək Texnologiyalar Parkı” MMC-nin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqər işlərinin aparıldığını və bu istiqamətdə görülən işlərin cari ayda yekunlaşacağını bildirdi.
Yüksək Texnologiyalar Parkı tərəfindən rezidentlərə hər zaman yüksək səviyyəli dəstəyin göstərildiyini, onların sağlam mühitdə sahibkarlıq fəaliyyətini icra etmələri üçün hər bir şəraitin yaradıldığı qeyd edildi.
Daha sonra texnoparkın baş mühəndisi Rahim Heydərov tərəfindən son dövrlərdə aparılan infrastruktur işləri, o cümlədən, 600 metr məsafədə yeni su və kanalizasiya xətlərinin, həmçinin əraziyə 560 metr məsafədən yeni su xəttənin çəkilidiyi, eyni yol infrastrukrunun təkmilləşdirilməsi işlərinin görüldüyü və ağır tonnajlı yük avtomobilləri üçün tərəzinin də keçən ilin son aylarından etibarən istismara verildiyi qeyd edildi.
Daha sonra YTP-nin icraçı direktoru Zaur Nəhmətov rezident müəssisələrin fəaliyyətlərindən bəhs edərək yaxın günlərdə tikintiyə dair icazələrinin alınması və digər iki rezident müəssisənin isə tikinti layihə sənədlərinin Şəhərsalma və Arxitektura komitəsinə təqdim edildiyini qeyd etdi. Eyni zamanda rezident müəssisə rəhbərlərinə texniki və əmək təhlükəsizlik qaydalarına ciddi əməl olunması və müntəzəm nəzarətin aparılması tövsiyyə olundu.
YTP-nin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nigar Mirbabayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sənaye və texnologiyalar parkı ilə bağlı cari ildə imzaladığı mühüm fərmanlar barədə məlumat verdi. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər, o cümlədən Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya əsasən texnologiyalar parkı ilə yanaşı, texnologiyalar parkından kənarda fəaliyyət göstərən hüquqi və yaxud fiziki şəxslərin də texnologiya parkının rezidenti sayılması və yeni qanuna əsasən onlara veriləcək imtiyazlar görüş iştirakçılarını diqqətinə çatdırıldı.
Sonda rezident müəssisələrin rəhbərlərinin təklif və problemləri əsasında müzakirələr aparıldı. İştirakçılar bu cür görüşlərin təşkilinin ümumi inkişaf naminə faydalı olacağını bildirdilər və YTP rəhbərliyinə təşəkkürlərini bildiridilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.