Beynəlxalq STEAM Azərbaycan festivalının açılış mərasimi baş tutub.
Nazirin sözlərinə görə, 2025-ci ildə yeni yazılacaq elm və təhsil standartlarında STEAM-in bəzi elementlərinin milli kurikulumun hissəsinə çevrilməsi nəzərdə tutulur. Belə ki, yeni standartlarda 3 D robototexnikanın bəzi elementləri texnologiya fənninin məzmununa daxil olunacaq. Həmçinin,nazir vurğulayıb ki, qarşıda duran məqsəd gələcək nəslin ənənəvi olaraq humanitar və ya texniki yönlərə bölünməklə yox, hərtərəfli inkişafını təmin etməkdir.
Emin Əmrullayev çıxışının sonunda festivalın təşkilində əməyi olan hər kəsə təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb.
Daha sonra çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov layihə və festival barədə ətraflı məlumat verib. İqrar Nəzərov STEAM-in hazırda ölkə üzrə 396 məktəb və 150 mindən çox şagirdi əhatə etdiyini, 25 STEAM Mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Vurğulanıb ki, layihə üzrə şagird sayının 2026-cı ilə kimi 280 minə çatdırılması nəzərdə tutulur.
Layihə rəhbəri festivalın final mərhələsində 11 ölkənin komandalarının yarışdığını bildirib. Əlavə edib ki, final mərhələsində ümumilikdə 868 yerli, 159 xarici iştirakçı yarışır. SAF 2023-də müxtəlif yarış kateqoriyaları üzrə iştirak edən 96 nəfərlik münsif heyəti İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çex Respublikası, Türkiyə, Azərbaycan kimi ölkələrdəndir.
Festival 8 dekabr tarixinədək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.