KOBİA sahibkarları onlayn görüşlərə dəvət edir
Kənd təsərrüfatı, yüngül sənaye, istixana təsərrüfatı, arıçılıq və bal istehsalı, ictimai iaşə, turizm sahələrində fəaliyyət göstərən sahibkarlar üçün dövlət qurumlarının iştirakı ilə onlayn görüşlər təşkil olunacaq.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verib.
Bildirilir ki, sahibkarlar KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək onlayn görüşlərlə bağlı ətraflı məlumatı və tədbirlərə qoşulmaq üçün keçid linklərini Agentliyin rəsmi internet səhifəsindən əldə edə bilərlər.
Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların iştirakı ilə sahibkarları narahat edən məsələlər və onların həlli yolları müzakirə ediləcək, müvafiq sahələr üzrə ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.
KOBİA sahibkarları iyun ayında keçiriləcək sahəvi görüşlərdə fəal iştiraka dəvət edir.
https://smb.gov.az/az/events?slug=tedbir
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.