Elm və Təhsil Nazirliyində yeni kadr təyinatı olub.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Simuzər Feyzullayeva nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri təyin edilib.
O, bundan əvvəl təhsil nazirinin müşaviri vəzifəsini tutub.
O, 2008-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə magistr dərəcəsi əldə edib. Boston Universitetində hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub. S.Feyzullayeva 2011-2018-ci illərdə “Baker&Mckenzi” beynəlxalq hüquq şirkətində baş hüquqşünas, 2018-2019-cu illərdə “KPMG” beynəlxalq audit şirkətində hüquq meneceri, 2019-cu ildən isə Təhsil İnstitutunda Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.