Təcrübə-Sənaye Zavodunda çalışmış Rafiq Heydərov ölümündən sonra medallarla təltif edilib
Prezident İlham Əliyev dekabrın 1-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə”, dekabrın 15-də isə “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun Təmir-tikinti xidmət sahəsinin rəisi Rahim Heydərovun oğlu, 25 yaşında qəhrəmancasına şəhid olmuş əsgər Rafiq Heydərov da ölümündən sonra təltif edilənlər sırasındadır.
Rafiq Heydərov Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını fədakarcasına alarkən şəhidlik zirvəsinə ucalıb.
O, bir müddət Təcrübə-Sənaye Zavodunda fəaliyyət göstərib.
Qeyd edək ki, R.Heydərov İkinci Fəxri Xiyabanda dəfn edilib.
Yüksək Texnologiyalar Parkı və Təcrübə-Sənaye Zavodunun kollektivi müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevlə, qəhrəman döyüşçülərimizlə və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizlə fəxr edir, onların əziz xatirəsini ehtiramla yad edir!
Qarabağ Azərbaycandır!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.