“Dünya Sahibkarlıq Kuboku 2021”ə qeydiyyat başlayıb
“Dünya Sahibkarlıq Kuboku 2021” (EWC – Entrepreneurship World Cup) üçün müraciətlərin qəbulu açıq elan olunub.
Proqram sahibkarlara dünya səviyyəsində biznes layihələrini təqdim edərək 1 milyon ABŞ dolları məbləğində pul mükafatı fondu və əlavə investisiya imkanları qazanmaq, 750 min dollar qeyri-maddi dəstək əldə etmək şansı təqdim edir. Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün www.entrepreneurshipworldcup.com portalına daxil ola bilərsiniz. Qeydiyyat və müsabiqədə iştirak ödənişsizdir. Son müraciət tarixi aprelin 15-dir.
Qeyd edək ki, müsabiqədə Azərbaycan Respublikasının rezidenti olan ideya, erkən və ya böyümə mərhələsində olan istənilən sahibkar və startapçılar müraciət edə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.