RU  EN
AMEA YTPAMEA YTP
  • HAQQIMIZDA
    • Müşahidə şurası
    • Ekspertlər şurası
    • Rəhbərlik
  • QANUNVERİCİLİK
    • Konstitusiya
    • Qanunlar
    • Məcəllələr
    • Fərman və sərəncamlar
    • Qərarlar
  • REZİDENTLİK
    • Rezidentlər
    • İnkubator rezidentlər
    • Məhsullar
    • Müraciət
  • İNKUBASİYA
    • Startaplar
    • Tərəfdaşlar
    • Universitetlər
    • Layihələr
    • Təlimlər və seminarlar
    • Müsabiqələr
  • PATENT
  • XƏBƏRLƏR
  • ƏLAQƏ

AMEA Yüksək Texnologiyalar Parkı ilə KOICA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndələrinin iştirakı ilə birgə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinə dair telekonfrans keçirilib.

Tədbirdə YT Park-ın direktoru, akademik Əli Abbasov, Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri Fikrət Qaibov, İnvestisiya, marketinq və kommersiya şöbəsinin müdiri İlahə Rzayeva, strateji layihələr üzrə məsləhətçi Vüsal Süleymanlı, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva, eləcə də KOICA Azərbaycan ofisinin ölkə üzrə direktoru Park Kumok, koordinatoru Kim Jo Eun və proqram koordinatoru Səidə Səidi iştirak ediblər.

Akademik Əli Abbasov bildirib ki, görüşün keçirilməsində əsas məqsəd Koreya ilə innovasiya sahəsində birgə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinə və bu ölkənin qeyd olunan sahədəki zəngin təcrübəsinin YT Parkda tətbiqinə nail olmaqdır.

Daha sonra çıxış edən Esmira Əlirzayeva regionda və qonşu ölkələr arasında elmlər akademiyası nəzdində fəaliyyət göstərən yeganə texnopark olan YT Parkın yüksək potensiala malik olduğunu vurğulayıb.

Görüşdə “Azerbaijan Korea Technology Business Platform” layihəsinin təqdimatı keçirilib. Təqdimat KOICA tərəfindən maraqla qarşılanıb və agentliyin nümayəndəsi Park Kumok təklifləri müsbət dəyərləndirdiyini qeyd edib. O, Koreya təcrübəsinə olan yüksək münasibətə görə təşəkkürünü bildirib, növbəti görüşədək layihə ilə yaxından tanış olacağını deyib.

Görüş zamanı əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə edilib. İki qurum arasında ortaq istiqamətlərdə səmərəli əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

© 2021, AMEA Yüksək Texnologiyalar Parkı

  • +994 12 376 67 56
  • office@ameaytp.az
  • Bakı şəh., Xətai ray., Əhmədli qəs., Kazımağa Kərimov 221

Axtar

  • Ana səhifə
  • HAQQIMIZDA
    • Müşahidə şurası
    • Ekspertlər şurası
    • Rəhbərlik
  • QANUNVERİCİLİK
    • Konstitusiya
    • Qanunlar
    • Məcəllələr
    • Fərman və sərəncamlar
    • Qərarlar
  • REZİDENTLİK
    • Rezidentlər
    • İnkubator rezidentlər
    • Məhsullar
    • Müraciət
  • İNKUBASİYA
    • Startaplar
    • Tərəfdaşlar
    • Universitetlər
    • Layihələr
    • Təlimlər və seminarlar
    • Müsabiqələr
  • PATENT
  • XƏBƏRLƏR
  • ƏLAQƏ