Yeni nəsil elektrikli yara bandı yaraları sürətlə sağaldır və onları daimi nəzarətdə saxlayır

Stenford Universitetinin alimləri xroniki yaraların
öhdəsindən gələ bilən “smart” yara bandı hazırlayıblar. Siçanlar
üzərində aparılmış testlər nəticəsində məlum olub ki,
sözügedən yara bandı yaranın sağalma müddətini 25%, dərinin
bərpası müddətini isə 50% sürətləndirir. Sözügedən yara bandı
iki laydan ibarətdir. Üst layda qalınlığı 100 mikron olan polimer
lent yerləşir və həmin lentə elektron komponentlər yerləşdirilib.
Aşağı lay isə öz tərkibinə görə dərini xatırladan rezin
hidrogelden ibarətdir. Aşağı lay öz növbəsində yara ilə təmasda
olur. Yara bandında olan biosensorlar daimi şəkildə yaranın
temperaturunu və cərəyan impedansını (dəyişən cərəyan
axınına müqavimət) nəzarətdə saxlayırlar. Bu isə ola biləcək
iltihabı daha tez sağaldır.
Söhbət, çətin sağalan yaralardan gedirsə, bu halda prosesə
elektrostimulyator daxil olur. O öz növbəsində toxumalara zəif
cərəyan ötürür. Bu, yaraya keratinositlərin (keratinləşdirici
epidermal hüceyrələr) miqrasiyalarının sürətlərinin yüksəlməsi
və bakteriyaların məhv edilməsi hesabına sağalma prosesini
sürətləndirir və infeksiyaların sayını aşağı salır. Sözügedən yara
bandı özündə olan radio anten hesabına smartfonla əlaqə
yarada bilir. Beləliklə istifadəçi öz yarasının vəziyyətini smartfon
ekranındakı göstəricilər vastəsilə izləyə bilər. Bu halda onun
yara bandını çıxartmasına ehtiyac qalmır. Yara bandının
çıxarılması zamanı gəldikdə o, 40 dərəcə selsi temperatura kimi
qızır. Bu, hidrogel layının yaranı zədələmədən ondan ayrılması
üçün nəzərdə tutulub.

- Etnytp
- Hits: 202