Avropa Birliyi mobil cihazlarda vahid USB Type-C girişinin reallaşdırılması tarixini elan edib

Avropa Birliyi öz regionunda satılan bütün mobil cihazların vahid şarj
girişi ilə təchiz olunmaları məsələsində konkret zaman təyin edib. Təyin
edilmiş zamanın bitməsindən sonra istehsalçılar öz cihazlarını məcbur
şəkildə vahid şarj girişi ilə təchiz etməli olacaqlar. Qeyd etmək lazımdır
ki, bir neçə ay bundan öncə Avropa Birliyi bu məsələ ilə bağlı yeni qanun
qəbul etmişdi. Qəbul edilmiş qanuna əsasən istehsalçılar öz cihazlarını
vahid şarj girişi ilə təchiz etməlidirlər. Söhbət, USB Type-C girişindən
gedir. Bu qanun həmçinin Apple şirkətinə də aiddir.
Beləliklə istehsalçıların 28 dekabr 2024-cü il tarixinə kimi zamanları
var. Həmin tarixdən sonra onlar öz cihazlarını USB Type-C girişi ilə təchiz
etməli olacaqlar. Sözügedən zamanın təyin olunmasının əsas səbəbi
ondadır ki, Avropa Birliyi öz rəsmi nəşriyyatında vahid USB Type-C girişi
ilə bağlı olan qanunu artıq dərc edib. Bu isə o deməkdir ki, qanun 20
gündən sonra qüvvəyə minəcək. Daha sonra isə Avropa Birliyinə daxil
olan ölkələr 24 aylıq vaxta sahib olacaqlar. Bu müddət ərzində onlar öz
yerli bazarları üçün sözügedən qanunu təsdiqləməlidirlər.
Bu qanun daha öncədən təsdiqlənmiş olsa da, onun tətbiqi üçün
konkret zaman təyin edilməmişdi. Belə ki, Avropa Birliyi regionunda
hüquqi normalar adətən mərhələli şəkildə reallaşdırılır. Avropa Birliyi
tərəfindən qəbul edilmiş yeni qanun smartfonları, planşetləri, rəqəmsal
kameraları, qulaqlıqları və portativ oyun konsollarını əhatə edir. Bu
qanun 2026-cı ildən başlayaraq həmçinin noutbukları da əhatə edəcək.
Onu da qeyd etmək lazımdır ki, qanun yalnız naqil vasitəsilə
reallaşdırılan şarj texnologiyasına aiddir. Naqilsiz şarj texnologiyalarının
USB Type-C-yə keçid etmələri məcburi deyil.

- Etnytp
- Hits: 161