Avropa İttifaqında (Aİ) hava yolları sərnişinləri tezliklə telefonlarını səmada tam effektli şəkildə istifadə edə biləcəklər.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Avropa İttifaqında (Aİ) hava yolları sərnişinləri tezliklə telefonlarını səmada tam effektli şəkildə istifadə edə biləcəklər.

          Avropa Komissiyası, aviaşirkətlərin təyyarələrdə 5G texnologiyasını təmin edə biləcəyinə qərar verdi.Bu o deməkdir ki, sərnişinlərdən artıq telefonlarını təyyarə rejiminə qoymaq tələb olunmayacaq - baxmayaraq ki, bunun necə həyata keçiriləcəyi hələlik bəlli deyil.

       Üzv dövlətlər üçün 30 iyun 2023-cü ilə kimi 5G tezlik diapazonlarını təyyarələrdə əlçatan olacaq. İnsanlar uçuş zamanı telefonlarının bütün funksiyalarından - zəngləri aktivləşdirmək, həmçinin musiqi və video yayımlayan proqramlardan da istifadə edə biləcəklər.

        Təyyarə rejiminin sonu?

        Aİ Komissiyası 2008-ci ildən bəri təyyarələr üçün müəyyən tezlik diapazonlarını saxlayıb və bəzi xidmətlərə havada internetə çıxış təklif etməyə icazə verib. Lakin bu xidmət tarixən yavaş olub, çünki bu xidmətlər, insanları peyk vasitəsilə təyyarə ilə yer arasında birləşdirmək üçün avadanlıqdan istifadə edirdi.Yeni sistem 5G-nin təqdim etdiyi, Britaniyanın EE mobil şəbəkəsinə görə 100Mbps-dən çox ola bilən daha sürətli yükləmə sürətindən istifadə edə biləcək – filmləri bir neçə dəqiqəyə endirməyə imkan verəcək.

         Böyük Britaniyanın Uçuş Təhlükəsizliyi Komitəsinin baş icraçı direktoru Dai Whittingham BBC-yə bildirib ki, mobil cihazların təyyarələrə necə təsir etdiyi barədə məlumatın olmaması səbəbindən təyyarə rejimi tarixən vacib olub. “Onların avtomatik uçuş idarəetmə sistemlərinə müdaxilə edə biləcəkləri ilə bağlı narahatlıq var idi. Təcrübə ilə aşkar edilən odur ki, müdaxilə riski çox azdır. Tövsiyə həmişə olub ki, siz uçuşa çıxandan sonra cihazlar təyyarə rejimində olmalıdır."

       ABŞ-da 5G tezliklərinin uçuşlara mane ola biləcəyi və hətta potensial olaraq səhv yüksəklik ölçmələrinə səbəb ola biləcəyi ilə bağlı narahatlıq var. Lakin cənab Whittingham bunun Böyük Britaniya və Aİ-də problem olmadığını söylədi. "Səyahət edən ictimaiyyət 5G istəyir. Tənzimləyicilər bu imkanı açacaqlar, lakin etdikləri hər şeyin təhlükəsiz olmasını təmin etmək üçün addımlar atılacaq."