Kvant hesablamalarının köməyi ilə tikililərin enerji tələb olunmadan soyudulması üsulu tapılıb

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Kvant hesablamalarının köməyi ilə tikililərin enerji tələb olunmadan soyudulması üsulu tapılıb

Tikililərin soyudulması üçün hazırlanmış pəncərə örtükləri
kondisionerləri əvəz edəcək
Tədqiqatçılar kvant hesablamalarının köməyi ilə tikililərin
elektrik enerjisi tələb olunmadan soyudulması üsulunu
tapıblar.
Hazırda dünyada enerji istehlakının 15%-ə qədəri
binaların soyudulmasına sərf olunur.
Mühəndislər Günəşin ultrabənövşəyi və yaxın infra-qırmızı
şüalarını bloklayan və istiliyi xarici mühitə ötürən pəncərə
örtüyü hazırlayıblar. Texnologiya qlobal istiləşmə
şəraitində enerji istehlakını azaltmağa kömək edəcək.
Bu barədə tədqiqatın müəllifləri "Amerika Kimya
Cəmiyyətinin Jurnalı"nda dərc edilmiş məqalədə məlumat
veriblər.
Tədqiqatçılar qeyd edirlər ki, optimallaşdırılmış örtük isti və
quraqlıq şəhərlərdə soyutmaya sərf olunan enerji
istehlakını adi pəncərələrlə müqayisədə, 31% azalda bilər.
Örtük pəncərədən ətrafı görməyi çətinləşdirmədiyindən
onu həmçinin nəqliyyat vasitələrində istifadə etmək olar.