Qafqaz Vençur kapitalı fondu təsis edildi
Vençur kapitalı
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, PAŞA Holdinq Şirkətlər
Qrupu və fərdi investorlar innovasiya ekosisteminin inkişafı üçün böyük
əhəmiyyət kəsb edən Qafqaz Vençur kapitalı fondu təsis ediblər.Bu
münasibətlə keçirilən təqdimat mərasimində dövlət və özəl sektordan
olan tanınmış şirkətlərin nümayəndələri, investorlar, inkubasiya və
akselerasiya mərkəzlərinin məsul rəhbərləri, xarici diplomatlar,
beynəlxalq təşkilatların rəhbərləri və KİV nümayəndələri iştirak
ediblər.Fondun əsas məqsədi A-mərhələli startaplara ilkin mərhələ
investisiyası qoymaqdır. Fond Azərbaycanın innovasiya ekosisteminin
inkişafı üçün əlverişli şərait yaradacaq, ölkədə investisiya
mədəniyyətinin formalaşmasına təkan verəcək, xarici startapların və
investorların diqqətini yerli bazara cəlb edəcək. Vençur fondu
innovasiya ekosistemində maliyyə axını təmin etməklə startapların
inkişafına mühüm töhfə verəcək.Qeyd edək ki, fondun nizamnamə
kapitalı 11,3 milyon manatdır.
“Paşa Holdinq” Şirkətlər Qrupu və fərdi sahibkarlar fonda müvafiq
olaraq 5 milyon manat və 1,3 milyon manat ayırmağa razılaşıblar. Eyni
zamanda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların
təşəbbüsünü dəstəkləyərək Qafqaz Vençur kapitalına əlavə 5 milyon
manat ayırıb.Qafqaz Vençur kapitalı 5 il ərzində Azərbaycan, Gürcüstan,
Türkiyə, Mərkəzi Asiya və Şərqi Avropadan olan startaplara sərmayə
qoyacaq.
- Etnytp
- Hits: 279